“Qarabağ”ın rəqibi futbolçusu ilə müqaviləni uzadıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” futbolçusu Joau Vaskonselosla müqavilənin müddətini uzadıb.

Komanda.az Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fevralda 19 yaşı tamam olacaq müdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

“Braqa”nın yetirməsi olan oyunçu Portuqaliyanın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında çıxış edib.

“Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button