“Qarabağ”ın rəqibi erməni futbolçunu Rusiya klublarına təklif edib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” Ermənistan millisinin yarımmüdafiəçisi Edqar Sevikyanla yollarını ayıra bilər.

Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, macarlar Sevikyanı Rusiya klublarına təklif ediblər. Futbolçu daha əvvəl Moskva “Lokomotiv”i və “Pari NN”-də çıxış edib.

Sevikyan Çempionlar Liqasında “Ludoqorets” və “Qarabağ”la oyunların iştirak ərizəsinə daxil edilməyib. “Ferentvaroş”un futbolçunun xidmətindən imtina etməsinə səbəb Macarıstan çempionatında əcnəbi oyunçulara məhdudiyyət qoyulmasıdır. 2025/2026 mövsümündə Sevikyan bir matçda 11 dəqiqə meydanda olub.

Hazırda 24 yaşlı futbolçunun bazar dəyəri 2 milyon avrodur.

“Qarabağ” ÇL-in pley-off mərhələsinin ilk oyununda səfərdə “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button