“Qarabağ”ın rəqibi doğma meydanda xal itirdi
Futbol üzrə Şimali Makedoniya çempionatında 2-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Sileks” də növbəti matçına çıxıb.
Kratovo təmsilçisi doğma meydanda “Pelister”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 2:2.
Bu nəticədən sonra xallarını 4-ə yüksəldən “Sileks” hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik “Pelister” isə 2-ci sırada qərarlaşıb.
“Qarabağ”ın rəqibi ilk turda səfərdə “Belasitsa”nın qapısından 6 cavabsız top keçirmişdi.
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” duelinin güclüsü ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin