“Qarabağ”ın rəqibi De Bruyneni əvəz edəcək oyunçunu tapıb

“Napoli” Kevin de Bruynenin zədələnməsindən sonra yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Əvvəllər məlumat verilmişdi ki, İtaliya çempionları “Mançester Yunayted”in futbolçusu Kobbi Mainunun transferi ilə yenidən maraqlanırlar. Ancaq “qırmızı şeytanlar” onu yanvarda buraxmaq niyyətində deyil.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Napoli” 19 yaşlı Mainunun alternativi kimi “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonu nəzərdən keçirir. A Seriyası təmsilçisi 22 yaşlı ispaniyalı üçün 30 milyon avro təklif etməyə hazırdır.

Kasado cari mövsümdə Hans-Diter Flikin rəhbərliyi altında 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button