
“Qarabağ”ın rəqibi darmadağın oldu, mübarizəni dayandırdı
Futbol üzrə Belçika kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Union” komandası ilə qarşılaşıb. 0:4 hesabıyla məğlub olan “Qarabağ”ın rəqibi Belçika kuboku ilə vidalaşıb.
“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin