“Qarabağ”ın rəqibi daha bir futbolçusunu itirdi

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyundan əvvəl “Olimpiakos”(Yunanıstan) daha bir itki ilə üzləşib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi müdafiə xəttində ciddi problem yaşayır. Belə ki, Panayotis Retsosdan sonra digər mərkəz müdafiəçisi Usseynu Ba da sıradan çıxıb.

Seneqal millisinin üzvü məşq zamanı zədələnib. 27 yaşlı oyunçunun ölkə çempionatında “Atromitos” və Avropa Liqasında “Qarabağ”la matçlarda iştirakı sual altındadır.

Hazırda yeni baş məşqçi Miçel Qonsalesin sərəncamında cəmi iki mərkəz müdafiəçisi var – Pape Abu Sisse və Sokratis Papastatopulos.

“Olimpiakos”un qapıçısı Tomaş Vaçlik zədə səbəbindən təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

“Olimpiakos”la “Qarabağ” arasında 3-cü turun oyunu oktyabrın 6-da Yunanıstanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button