ÇL: Superkompüter “Qarabağ”ın rəqibinin çempionluğunu proqnozlaşdırır

“Opta” superkompüteri 2025/26 mövsümündə UEFA Çempionlar Liqasını kimin qazanacağını proqnozlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə “Opta” analitikləri X sosial şəbəkəsində məlumat yayıb.

“Liverpul”un Avropanın ən nüfuzlu klub turnirində qalib gəlmək şansı daha yüksəkdir – 20,4 faiz.

Qələbə ehtimalına görə ikinci yerdə “Arsenal” (16 faiz), üçüncü pillədə isə PSJ (12,1 faiz) qərarlaşıb.

“Liverpul” Çempionlar Liqasının ümumi mərhələsində “Atletiko”, “Qalatasaray”, Frankfurt “Ayntraxt”ı, “Real”, PSV, “İnter”, “Marsel” və “Qarabağ” klubları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button