“Qarabağ”ın rəqibi Mourinyo ilə anlaşıb

Portuqaliyalı mütəxəssis Joze Mourinyo doğma ölkəsinə geri dönür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı baş məşqçi “Benfika” ilə razılığa gəlib. Tərəflər müddəti 2027-ci ilin ortalarına kimi nəzərdə tutulmuş müqavilənin şərtlərini artıq razılaşdırıblar və anlaşma yaxın bir-iki gün ərzində rəsmiləşəcək.

Mourinyo 2004-cü ildə “Portu”dan ayrıldıqdan sonra Portuqaliyada işləməyib. O, avqustun sonunda “Fənərbaxça”dan istefaya göndərilmişdi.

“Benfika” UEFA Çempionlar Liqasının ilk turunda “Qarabağ”a evdə 2:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Bruno Laje ilə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button