“Qarabağ”ın rəqibi baş məşqçisini qovdu
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis “Aris”ə səfərdə 1:2 hesabı ilə uduzduqları 5-ci tur oyunundan sonra istefaya göndərilib.
İspaniyalı məşqçi avqustun 2-də bu posta təyin olunmuşdu.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin