
“Qarabağ”ın rəqibi baş məşqçi ilə bağlı qərar verib
“Liverpul” rəhbərliyi komandanın baş məşqçisi Arne Slotun gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi niderlandlı mütəxəssislə mövcud müqavilənin müddətini vaxtından əvvəl uzatmaq niyyətindədir.
Klub Slotun komandadakı işindən tam razıdır və onunla uzunmüddətli əməkdaşlığı təmin etmək istəyir.
47 yaşlı mütəxəssis “Liverpul”la üç illik müqavilə imzalayıb, ancaq hələ onun yarısı belə, başa çatmayıb. Rəhbərlik növbəti mövsümün əvvəlində baş məşqçinin müqavilə müddətinin az qalmamasını təmin etmək üçün bu məsələni tezliklə həll etmək istəyir.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



