“Ayaks”ı “Qarabağ”la oyuna 40 yaşlı baş məşqçi çıxara bilər

“Ayaks”ın yeni baş məşqçisi “Volfsburq”un (Almaniya) sabiq çalışdırıcısı Paul Simonis ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ayaks”ın texniki direktoru Aleks Krus artıq 40 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Simonis ötən yay da klubun baş məşqçi postuna namizədlər üçün nəzərdə tutulan qısa siyahıda olub, ancaq o zaman o, “Volfsburq”da çalışıb və yalnız dörd ay işə davam edib.

“Ayaks” hazırda Niderland çempionatında 12 turdan sonra 20 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və liderdən 11 xal geri qalır. Niderland klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. Komandalar arasındakı qarşılaşma dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button