“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlir

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Ayaks” Bakıya səfər öncəsi qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyanın 9-cu turunda “Herakles”in qonağı olub.

“Ayaks” 4:3 hesabı ilə qalib gəlib. Amsterdamlılar 16 xalla 3-cü pillədə qərarlaşıblar.

“Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də Tofiq Bəhhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button