“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir
Futbol üzrə Polşa superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Lex”lə Polşa kubokunun qalibi olan “Rakuv” üz-üzə gəlib.
“Rakuv” bu oyunda 2 cavabsız qolla qalib gələrək superkubok zəfərinin sevincini yaşayıb. “Lex” 43 və 51-ci dəqiqələrdə buraxdığı qollarla məyus olub.
“Lex” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında Polşada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin