“Qarabağ”ın rəqibi Bakıya çatdı

Cəbəllütariqin “Linkoln” komandası “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya gəlib.

Komanda.az xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.

Bu gün səhər saatlarında Bakıya çatan “Linkoln”un sosial şəbəkə hesabında yolçuluğun 16 saat davam etdiyi diqqətə çatdırılıb.

Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Linkoln” matçına saat 20:00-da start veriləcək. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button