“Qarabağ”ın rəqibi “böyük beşliy”in ən yaşlı komandasıdır

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın TOP-5 liqasında ən yaşlı komandanı açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya İtaliya çempionu “Napoli” başçılıq edir. Klubun futbolçularının orta yaşı 29,56 olaraq göstərilib.

“Beşlik”dəki ən yaşlı digər komandalar isə belədir:

“Rayo Valyekano” – 29,5 yaş

“İnter” – 29,35 yaş

“Ovyedo” – 28,61 yaş

“Osasuna” – 28,57 yaş

“Napoli” Antonio Kontenin rəhbərliyi altında A Seriyasının yeni mövsümündə 5 oyundan sonra 12 xal toplayıb və yalnız əlavə göstəricilərə görə turnir cədvəlində lider “Milan”ın gerisində, 2-ci pillədə qərarlaşıb.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button