“Qarabağ”ın rəqibi 2 milyon avroya aldığı oyunçunu icarəyə verdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yarımmüdafiəçisi Filip Zinkernageli icarəyə verib.
Komanda.az xəbər verir ki, Danimarkadan olan 27 yaşlı vinger Belçikanın “Standard” (Lyej) klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi bu mövsümün sonuna kimi Belçikada icarədə olacaq.
“Olimpiakos” Zinkernageli bu yay İngiltərənin “Uotford” klubundan 2 milyon avroya transfer etmişdi. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. Danimarkalı vinger “Nottingem Forest”, “Bude Qlimt”, “Sonderyuske”, “Helsinqor” və “Koqe” klublarının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin