
“Qarabağ”ın rəqibi 2 futbolçusu ilə bağlı qərar verib
UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Çelsi” klubu iki yarımmüdafiəçisi ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı Aleks Matos Çempionşip təmsilçisi “Şeffild Yunayted”ə satılıb. Omari Kelliman isə İngiltərənin 1-ci Liqasında çıxış edən “Kardiff Siti”yə bir mövsümlük icarəyə verilib.
“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



