“Qarabağ”ın rəqibi 2 futbolçunu iştirak ərizəsinə daxil etməyib

“Çelsi”nin müdafiəçisi Aksel Disasi və hücumçu Rahim Sterlinq Avropanın əksər çempionatlarında transfer pəncərəsinin bağlanmasına baxmayaraq, hələ də klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu Səudiyyə Ərəbistanı klublarının ciddi marağındadır.

Səudiyyə Ərəbistanında əlavə qeydiyyat müddəti sentyabrın 10-da başa çatacaq. Sterlinq və Disasi bu mövsüm bir dəfə də meydanda olmayıb. Üstəlik, futbolçular komandanın iştirak ərizəsinə belə, salınmayıb.

“Çelsi” Premyer Liqa çərçivəsində sentyabrın 13-də səfərdə “Brentford”la qarşılaşacaq. London təmsilçisi UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button