“Qarabağ”ın rəqibi 14 milyona aldığı hücumçunu 3 milyona satdı

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi – Marsel “Olimpik”i hücumçusu Dario Benedetto ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Argentinalı hücumçu ölkəsinin “Boka Xuniors” komandasına qayıdıb. Marsel təmsilçisi bu oyunçunu 2019-cu ildə məhz sözügedən klubdan 14 milyon avroya transfer etmişdi. “Boka Xuniors” isə sabiq hücumçusunu geri qaytarmaq üçün fransızlara cəmi 3 milyon avro ödəyib.

Argentina millisinin də sabiq üzvü olan Dario “Boka Xuniors”da 2016-2019-cu illər aralığında forma geyinib.

“Qarabağ”la Marsel “Olimpik”i arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə fevralın 24-də Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button