
“Benfika”nın prezidentindən qovulan baş məşqçi haqda açıqlama
Portuqaliyalı sabiq futbolçu, hazırda isə Lissabon “Benfika”sının prezidenti olan Ruy Koşta, baş məşqçi Bruno Lajenin qovulması barədə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ayrılmağın vaxtının çatdığını bildirib:
“Brunoya gördüyü iş üçün təşəkkür edirəm. Amma ayrılmağın vaxtı çatdı.
Yeni baş məşqçi? Ümid edirik ki, 6-cı günə kimi yeni təyinatı elan edəcəyik”.
Portuqaliya mətbuatının yazdığına görə, “qartallar”ın yeni baş məşqçi postu üçün əsas namizədlərdən biri Joze Mourinyodur. Təcrübəli mütəxəssis hazırda bu klubla danışıqlar aparır.
“Benfika” UEFA Çempionlar Liqasının ilk turunda evdə “Qarabağ”a 2:3 hesabı ilə məğlub olub. Komanda növbəti turda “Çelsi”nin qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



