“Qarabağ”ın rəqibinin heyətində dəyişiklik olub

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Çelsi”nin heyətində dəyişiklik həyata keçirilib.

Komanda.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanotte daxil edilib. 

Portuqaliyanın U-21 millisinin heyətində zədələnən Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunub. Bu səbəbdən, onun 20 yaşlı vingerlə əvəzlənməsinə qərar verilib. 

“Qarabağ” Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button