“PSJ-dəki dövrə qarşı nifrət hissi keçirmirəm” – “Qarabağ”ın rəqibinin futbolçusu

“Liverpul”un hücumçusu Huqo Ekitike PSJ-dəki iki ilini dəyərli təcrübə kimi qiymətləndirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunun öyrənmə mərhələsi olduğunu bildirib:

“Baş məşqçi Kristof Qaltye ilə yaşananlara və PSJ-dəki dövrə qarşı nifrət hissi keçirmirəm. Bu, öyrənmə mərhələsi idi və mən həm futbolçu, həm də insan kimi çox şey qazandım”.

Ekitike Paris klubunda 33 oyuna çıxaraq, 4 qol vurub.

“Liverpul” bu yay 23 yaşlı forvardı 95 milyon avroya Frankfurt “Ayntraxt”ından transfer edib. O, daha əvvəl Almaniya klubuna təxminən 35 milyon avroya PSJ-dən keçmişdi.

“Liverpul” yanvarın 28-də UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button