“Qarabağ”ın rəqibinin futbolçusu millidən uzaqlaşdırılıb

“Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotka zədəyə görə Slovakiya millisinin heyətindən çıxarılıb.

Aparılan tibbi müayinələr zamanı futbolçunun bud əzələsində problem aşkarlanıb. Lobotkanın zədəsinin bazar günü A Seriyasının “Cenoa” ilə oyununda (2:1) alındığı bildirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçinin 3–4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Napoli”də başqa bir futbolçu – vinger Matteo Politano da zədəlidir.

Slovakiya yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Şimali İrlandiya, 13-də isə Lüksemburqla qarşılaşacaq.

“Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button