“Qarabağ”ın rəqibinin futbolçusu həftənin ən yaxşısı seçildi
Futbol üzrə Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İsveçrənin “Bazel” komandasının müdafiəçisi Mixael Lanq layiq görülüb.
30 yaşlı futbolçu evdə Qazaxıstan “Kayrat”ını 4:2 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Tottenhem”dən (İngiltərə) Harri Keyn, HJK-dan (Finlandiya) Rop Riski və “Partizan”dan (Serbiya) Lazar Markoviç də namizəd idi.
Sonda onu da xatırladaq ki, “Bazel” H qrupunda “Kayrat”la yanaşı, “Qarabağ” və “Omoniya” (Kipr) ilə də mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin