“Çempion olmaq xoşumuza gəlir” – “Qarabağ”ın rəqibinin futbolçusu

“Liverpul”un müdafiəçisi Vircil van Dayk klubun əsas məqsədlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, niderlandlı futbolçu “Reach”-ə açıqlamasında İngiltərənin ən böyük klubu olmağın həm “Liverpul”un, həm də oyunçuların əsas hədəfi olduğunu bildirib:

“Çempion olmaq və zirvədə qalmaq xoşumuza gəlir. Amma bu asan deyil, çünki Premyer Liqa çox-çox çətin turnirdir”.

“Liverpul” ötən mövsüm çempionluq titulunu qazanaraq, “Mançester Siti”nin dörd illik üstünlüyünə son vermişdi.

“Qırmızılar” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button