“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Biz çıxış yolu axtarırıq”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın zədə vəziyyəti barədə danışıb.

Son günlər London klubunda itkilər artıb. Əsas yarımmüdafiəçi Koul Palmerlə yanaşı, Levi Kolvill, Liam Delap və bir neçə futbolçu sıradan çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı şikayət etmədiyini, amma bunun reallıq olduğunu biıdirib:

“Şikayət etmirəm, amma bu reallıqdır. Zədələrimiz var və biz çıxış yolu axtarırıq. Klub nə qədər zəngin olsa da, transferlərə çox pul xərcləsəz də, sizi zədələrdən qorumaq mümkün deyil. Bu, futbolda hamının yaşadığı ümumi problemdir”.

“Çelsi” Premyer Liqanın 6-cı turunda bu gün saat 18:00-da “Brayton”u qəbul edəcək. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button