
“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Bu nəticə bizim üçün yaxşıdır”
Frankfurt “Ayntraxt”ının baş məşqçisi Dino Toppmöller UEFA Çempionlar Liqasının 4-cü turunda İtaliya çempionu “Napoli” ilə 0:0 hesabı ilə başa çatan matçdan sonra fikirlərini bölüşüb.
Almaniya təmsilçisi turnirdə ardıcıl iki oyunda 5 top buraxdıqdan sonra bu dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı nəticədən məmnun qaldığını bildirib:
“Biz bu turnirdəki ən gənc komandalardan biriyik və İtaliya çempionuna qarşı oynadıq. Ona görə də bu nəticə bizim üçün yaxşıdır. Futbolçular çox yaxşı oyun göstərdilər, meydanda ehtirasla çıxış etdilər”.
Toppmöller əlavə edib ki, komandası rəqibin güclü cinah hücumlarına qarşı taktiki baxımdan düzgün reaksiya verib:
“Bilirdik ki, ‘Napoli’nin cinahlarda çox təhlükəli oyunçuları var. Planımız aydın idi və əsas məsələ bunu meydanda tətbiq etmək idi”.
Hər iki komanda “Qarabağ”ın bu turnirdə rəqibləridir.
Bizi Facebook-da izləyin



