“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Bu, bizim ən yaxşı oyunumuz deyildi”

“Liverpul” Liqa kubokunda “Sauthempton” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra “qırmızılar”ın baş məşqçisi Arne Slot komandasının çıxışını dəyərləndirib:

“Bu, bizim ən yaxşı oyunumuz deyildi. Meydana tamamilə yeni heyət çıxdığı üçün bunu gözləmək olardı. Çoxu uzun müddət oynamamışdı. Bununla belə, müsbət məqamlar da vardı – məsələn, Georgi Mamardaşvilinin çıxışı. Federiko Kyeza və Leoni də yaxşı təsir bağışladılar. Aleksander İsa­kın ilk qolu da vacib oldu. Ümumilikdə isə, komandanın oyunu daha yaxşı ola bilərdi. “Sauthempton” bizə qarşı çox yaxşı təsir bağışladı”.

Qələbəni “qırmızılar”a Aleksander İsak (43-cü dəqiqə) və Huqo Ekitikenin (85-ci dəqiqə) qolları gətirib.

“Liverpul” növbəti matçını Premyer Liqada sentyabrın 27-də səfərdə “Kristal Pelas”a qarşı keçirəcək. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button