“Qarabağ”ın rəqibindən yeni mövsümdə ilk qələbə
Futbol üzrə İsrail çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Saxnin”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 6 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin