“Qarabağ”ın rəqibindən darmadağın

Fransa Liqa 1-də 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Oser” – “Reyms” matçında meydan sahibləri qələbə qazanıblar. “Monpelye”nin qonağı olan Marsel “Olimpik”i 5 cavabsız qola sevinib.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən Lion “Olimpik”i isə səfərdə “Havr”ı 4 qolla yenib.

Hazırda PSJ və “Monako”nun 20, Marsel “Olimpik”inin 17, “Lill”, “Lans” və “Reyms”in 14, Lion “Olimpik”inin 13 xalı var.

Fransa Liqa 1
8-ci tur

18 oktyabr

Monako – Lill 0:0

19 oktyabr

Brest – Renn 1:1
Qollar
: Del Kastilyo, 54 – Jota, 86.

Sent Etyen – Lans 0:2
Qollar
: Frankovski, 20. Laskari, 79.

PSJ – Strasburq 4:2
Qollar
: Mayulu, 18. Asensio, 47. Barkola, 66. Li Kanq, 90 – Mara, 58. Dyonq, 90+1.

20 oktyabr

Havr – Olimpik (Lion) 0:4
Qollar
: Abner, 32. Fofana, 57. Lakasette, 71. Benrahma, 87.

Oser – Reyms 2:1
Qollar
: Diomande, 16. Traore, 52 – Nakamura, 90+5.

Nant – Nitsa 1:1
Qollar
: Ablin, 67 – Gessan, 72.

Tuluza – Anje 1:1
Qollar
: Kinq, 64- Nyane, 5.

Monpelye – Olimpik (Marsel) 0:5
Qollar
: Vahi, 1. Harit, 36. Hoybyerq, 40. Qrinvud, 58. Luis Enrike, 73.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button