“Qarabağ”ın rəqibi Ukrayna millisinin üzvü ilə müqavilə bağlayıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi olan “Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Lissabon təmsilçisi Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Georgi Sudakovu sıralarına cəlb edib.

Portuqaliya klubu 22 yaşlı oyunçunu cari mövsümünün sonuna kimi icarəyə götürüb. Müqavilənin şərtlərinə əsasən, klub Sudakovu istəyinə uyğun olaraq, gələn yay birdəfəlik transfer də edə bilər.

“Şaxtyor”un heyətində ümumilikdə 148 oyuna çıxan Sudakov 35 qol vurub. Ukrayna millisinin üzvü yığmanın heyətində 29 oyunda rəqib qapılarından 3 top keçirib.

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk matçını sentyabrın 16-da, səfərdə “Benfika”ya qarşı keçirəcək. Qarşılaşma saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button