
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü
İsveç çempionatında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” də növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Myalbü” ilə üz-üzə gəlib və 1:2 hesablı məğlubiyyətə üzülüb.
“Hakken” hazırda 54 xalla 3-cü pillədə qərarlaşıb.
“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Digər oyun dekabrın 14-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin