“Qarabağ”ın rəqibi səfərdə uduzdu
İsveç çempionatında 30-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” də növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Brommapoykarna” ilə üz-üzə gəlib və 1:2 hesablı məğlubiyyətə üzülüb.
“Hakken” hazırda 57 xalla 3-cü pillədə qərarlaşıb.
“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Digər oyun dekabrın 14-də Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin