
“Qarabağ”ın rəqibi Portuqaliya Liqa kubokunun qalibi oldu
Portuqaliya Liqa kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici görüşdə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ilə “Eştoril” üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Braqa” (5:4) kuboku başı üzərinə qaldırıb.
“Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin