“Qarabağ”ın rəqibi müdafiəçisinə son təklifini edib

“Liverpul” rəhbərliyi müdafiəçi İbrahima Konateyə yeni müqavilə üzrə son təklifini verib.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu razılıq versə, o, klubun ən yüksək maaş alan oyunçularından birinə çevriləcək.

“Real” da Konateyə maraq göstərir.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb və 1 qol vurub. Onun “Liverpul”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button