“Qarabağ”ın rəqibi Nigeriya millisinin futbolçusunu transfer etdi
“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr “Omoniya”sı heyətini yeni qapıçı ilə gücləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə müqavilə bağlayıb. Nigeriya millisinin üzvü ilə üç illik müqavilə imzalanıb.
“Qarabağ”la “Omoniya” arasında ilk oyun sentyabrın 30-da Nikosiyada, cavab görüşü isə noyabrın 25-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin