
“Qarabağ”ın rəqibi ingiltərəli futbolçunu icarəyə götürmək istəyir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, “Napoli” 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürmək niyyətindədir.
Neapol klubu müqaviləyə gələcəkdə satınalma hüququnun da daxil edilməsini planlaşdırır. İtaliyalılar gənc oyunçuya həftəlik 40 min avro maaş təklif etməyə hazırdır.
Mainu daha çox oyun praktikası qazanmaq üçün klubunu dəyişməyə müsbət yanaşır. İngiltərəli futbolçu cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində 8 matçda iştirak edib və 1 qol vurub.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



