
“Qarabağ”ın rəqibi inamlı qələbə ilə zirvədə
Futbol üzrə İsveçrə çempionatında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Senkt-Qallen”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0
“Bazel” 7 turdan sonra 15 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.
“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin