
“Qarabağ”ın rəqibi futbolçusunu icarəyə verib
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Frayburq”u futbolçusu Nisan Burkartı icarəyə verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək İsveçrənin “Vintertur” komandasında çıxış edəcək.
“Frayburq” qrup mərhələsində ilk oyununu sentyabrın 8-də “Europa Park” stadionunda “Qarabağ”a qarşı keçirəcək. Matç saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin