
“Qarabağ”ın rəqibi finalda
“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Kayrat” Qazaxıstan kubokunda finala yüksəlib.
Komanda.az xəbər verir ki, Kostanay təmsilçisi yarımfinal mərhələsinin cavab matçında “Astana”ya 3:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Kurban Berdıyevin komandası yarımfinalın ilk oyununda da rəqibini eyni hesabla məğlub etmişdi. Bu komandanın finaldakı rəqibi “Tobol” – “Şaxtyor” (Karaqanda) cütünün qalibi olacaq.
“Qarabağ” H qrupunda “Kayrat”la keçirdiyi hər iki oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin