
“Qarabağ”ın rəqibi danimarkalı hücumçunu icarəyə götürüb
“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Napoli” Rasmus Hoylundu “Mançester Yunayted”dən icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı hücumçu sonradan satınalma şərti ilə “Napoli”yə keçib. Danimarka millisinin üzvü ilə 2026-cı ilin yayına qədər olan icarə müqaviləsi imzalanıb.
2023-cü ildə “Mançester Yunayted”ə transfer edilən Hoylund meydana çıxdığı 95 matçda 26 qola imza atıb. O, Danimarka millisinin heyətində 26 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



