
“Qarabağ”ın rəqibi braziliyalı futbolçu ilə maraqlanır
“Verona”nın yarımmüdafiəçisi Ciovana Santana İtaliyanın bir neçə klubu tərəfindən izlənilir.
Komanda.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
“İnter”, “Roma” və “Napoli” 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Braziliyalı oyunçu yayda “Korintians”dan “Verona”ya transfer olunub. O, cari mövsümdə 10 oyunda çıxış edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
“Verona” 11 turdan sonra A Seriyasında 6 xal toplayaraq, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Braziliyalı futbolçu ilə maraqlanan klublardan “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



