Almaniyalı futbolçu “Qarabağ”ın rəqibinin transfer hədəfidir

“Bayern”in cinah oyunçusu Serj Qnabri “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un potensial transfer hədəfidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı futbolçunu pulsuz transfer etmək istəyir, lakin bu, asan olmayacaq. Bu, oyunçunun böyük maliyyə tələbləri ilə bağlıdır. Qnabri “Bayern”də ən yüksək maaş alan futbolçulardan biridir.

30 yaşlı futbolçu bu mövsüm 15 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda bitəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button