“Qarabağ”ın rəqibi Almaniya klubuna uduzdu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburqun “Düdelanj” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda Almaniya üçüncü liqasında mübarizə aparan “Kayzerslautern”lə qarşılaşıb.

Lüksemburq təmsilçisi bu oyunda 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Düdelanj”la “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də Lüksemburqda baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button