
“Qarabağ”ın rəqibindən 10 milyon avroluq transfer – Rəsmi
Danimarkalı hücumçu Kasper Dolberq karyerasını yenidən “Ayaks”da davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı forvard “Anderlext”dən transfer olunub və 4 illik müqavilə imzalayıb. “Transfermarkt”ın məlumatına görə, “Ayaks” bu keçid üçün 10 milyon avro ödəyib.
Dolberq 2015–2019-cu illərdə də “Ayaks”ın formasını geyinib. O, komandanın heyətində 119 oyuna çıxaraq 45 qol vurub və 16 məhsuldar ötürmə verib.
Danimarkalı hücumçu karyerası ərzində Avropada “Sevilya”, “Nitsa” və “Hoffenhaym” kimi klublarda da çıxış edib.
“Ayaks” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



