
“Qarabağ”ın qələbəsinə reaksiya: “…bax, budur” FOTO
UEFA Konfrans Liqasının rəsmi “tvitter” səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.
Komanda.az xəbər verir ki, yarışın “tvitter” hesabında “köhlən atlar”ın Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi oyundan fotolar yayımlanıb.
“Son dəqiqədə qalib gəlmək, bax, budur” başlıqlı paylaşımda “Qarabağ”ın yer aldığı H qrupunda məğlub olmaması vurğulanıb.
“Qarabağ” üç oyundan sonra 7 xalla turnir cədvəlinə başçılıq edir.


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin