“Qarabağ”ın qapısına vurulan qol ən yaxşı seçilə bilər
Almaniyanın “Bayer” klubunun futbolçusu Viktor Bonifasenin UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a vurduğu qol 3-cü turun ən yaxşısı seçilə bilər.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçunun Leverkuzendə keçirilən matçın 35-ci dəqiqəsindəki qolu bu mükafata 4 namizəddən biridir.
Lukas Paketa (“Vest Hem”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Eduardo Bovenin (“Roma”, İtaliya) vurduqları qollar da ən yaxşı seçilə bilər.
Həftənin qolu UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.
Leverkuzendə keçirilən “Bayer” – “Qarabağ” oyunu almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin