“Qarabağ”ın qapıçısının vəziyyəti məlum olub
“Bayer”lə matçda (0:1) zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyovun durumu məlum olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Qarabağ”ın həkimi Gena Kislari Rusiya mətbuatına açıqlamasında bildirib.
Lunyov Rusiya millisinin Kuba ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
“Qarabağ” Andrey Lunyovu mövsümün əvvəlində heyətinə qatıb. O, Ağdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin