“Qarabağ”ın qapıçısına 3 oyunluq şərti cəza verilib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 24-cü turunun “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

24-cü turun “Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah” klubunun rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilib.

“Neftçi”nin azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə klub 800 manat cərimə edilib.

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılmasına görə “Neftçı” klubu 1600 manat cərimə edilib.

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.

“Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.

“Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılıb, klub 2400 manat cərimə edilib. Oyun cəzası şərti olaraq tətbiq ediləcək. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button