Şahruddin “Qarabağ”ın tarixinə düşdü
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Premyer Liqadakı “quru seriya”sı qırılıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, o, “Sumqayıt”la 4-cü turun oyununun (2:2) 52-ci dəqiqəsində qol buraxıb. Bu topa Əli Qurbani imza atıb.
Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan Məhəmmədəliyev 724 dəqiqədən ibarət “quru seriya”ya imza atıb. Bu müddətdə qolkiper ötən mövsümün 6, cari çempionatın bir görüşündə qapısını toxunulmaz saxlayıb.
Şahruddin 724 dəqiqəlik seriya ilə Azərbaycan çempionatları tarixində 17-ci göstəriciyə imza atıb. Bu, “Qarabağ”ın tarixində 3-cü nəticədir. Məhəmmədəliyev Ağdam təmsilçisinin qapıçıları arasında yalnız Camaləddin Əliyev (958) və Boyan Pavloviçdən (828) geri qalsa da, Əliyevin 700 dəqiqədən ibarət digər seriyasını keçib.
Bizi Facebook-da izləyin